Şimali Suriyadakı sabitlik və təhlükəsizliyin təmin olunması üçün çağırış ediləcək Şimali Suriyadakı sabitlik və təhlükəsizliyin təmin olunması üçün çağırış ediləcək

ABŞ-dan Türkiyəyə kritik səfər

Şimali Suriyadakı sabitlik və təhlükəsizliyin təmin olunması üçün çağırış ediləcək

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və özəl elçi Coel Reybörn bu gün Türkiyəyə gedəcək.

AzNews.az xəbər verir ki, ABŞ-ın Dövlət Katibliyi sözügedən səfərlə bağlı yazılı açıqlama verib.

Açıqlamada bu gün başlamalı olan görüşlərin mayın ikisinə qədər davam edəcəyi bildirilir. Cefrinin heyəti ilə birlikdə yüksək vəzifəli şəxslərlə görüşəcəyi deyilən açıqlamada "ABŞ ordusu Suriyadakı varlığını azaldarkən Türkiyənin Şimali Suriyadakı qanuni təhlükəsizlik problemləri müzakirə ediləcək" ifadələrinə yer verilib.

Açıqlamada həmçinin Şimali Suriyadakı sabitlik və təhlükəsizliyin təmin olunması üçün çağırış ediləcəyi, İŞİD-in qalıcı məğlubiyyəti kimi digər qarşılıqlı mənfəətlərin da müzakirə ediləcəyi qeyd edilib.

Ceyms Cefri və heyətinin Ankaradan sonra İsveçrənin Cenevrə şəhərinə gedib orada Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xüsusi nümayəndələri ilə bərabər bəzi suriyalı qruplarla da görüşlər keçiriləcəyi bildirilib.

Pərvanə Ağazadə

AzNews.az