Zelenskinin Bodrum gəzintisi ona neçəyə başa gəlib?

Bu səfərə uçuşla birlikdə ümumilikdə 33 min dollar pul ödənilib

Aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin üç günlük Türkiyə səfərinə xərclədiyi pulun miqdarı məlum olub.

Siyasətçinin ailə üzvləri ilə Bodrumda dincəldiyi beşulduzlu otelin əməkdaşının “RİA Novosti”yə verdiyi məlumata görə, bu səfərə uçuşla birlikdə ümumilikdə 33 min dollar pul ödənilib.

Mənbə bildirib ki, yaz aylarında prezident villasının bir günlük qiyməti 10 min dollar təşkil edir. Bu rəqəm yayda daha yüksək olur.

Qeyd olunur ki, prezident villasına hovuz, xüsusi işçi heyəti daxildir. Burada müştərilər üçün fərqli əyləncələr təşkil olunur, onların istədikləri hər şey üçün şərait yaradılır.(qafqazinfo.az)

AzNews.az