Hadisə yerində ekspertlər işləyirlər Hadisə yerində ekspertlər işləyirlər

Meksikada barda atışma - Ölən var

Hadisə yerində ekspertlər işləyirlər

Meksikanın Playa-del-Karmen kurort şəhərində (Kintana-Roo ştatı) silahlı şəxslər bara hücum edib.

İki silahlının barda olan insanlara atəş açması nəticəsində bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Bildirilir ki, silahlı hücum gecə saatlarında, barda insanların çox olduğu zamanda baş verib.

Hadisə yerinə dərhal polis əməkdaşları, ordu bölmələri və dəniz piyadaları cəlb edilib.

Yaralılara tibbi yardım göstərilib, hadisə yerində ekspertlər işləyirlər.(trend.az)

AzNews.az