"Qətər razılaşma əldə olunması üçün tərəflərlə sıx əlaqə yaradır" "Qətər razılaşma əldə olunması üçün tərəflərlə sıx əlaqə yaradır"

Bir neçə saat da davam etsəydi, fəlakət olacaqdı - Qətərdən insanları qorxudan açıqlama

"Qətər razılaşma əldə olunması üçün tərəflərlə sıx əlaqə yaradır"

“İsrail ilə Qəzza arasındakı gərginlik bir neçə saat da davam etsəydi, dünya minlərlə insanın evsiz qalması, yaşayış məskənlərinin dağıdılması, sakinlərin öldürülməsi kimi insani fəlakətə şahid olacaqdı”.

AzNews.az xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Qətərin "Qəzzanı yenidən bərpa Komitəsi"nin sədri Məhəmməd əl-İmadi deyib.

İmadi bildirib ki, İsrail və Həmas gərginliyin artmasını istəmir: "Bu baxımdan Qətər razılaşma əldə olunması üçün tərəflərlə sıx əlaqə yaradır".

O, beynəlxalq cəmiyyəti Qəzza xalqının problemlərini həll etməyə çağırıb. Əks təqdirdə təhlükəli vəziyyətin yaşanacağını qeyd edib.

Məhəmməd əl-İmadi rəhbərlik etdiyi komitənin Qəzzanın şimal sərhədində 40 hektar ərazidə Səhra xəstəxanası inşa etmək üçün işlərə başlayacağını deyib.

İmadi Fələstinə edilən son yardımın 480 milyon dollar olduğunu, bunun 50 milyon dollarının qrant olmaqla 300 milyon dollarının Qərbi Şeriaya, 180 milyon dollarının isə Qəzzada təcili humanitar yardıma ayrıldığını vurğulayıb.

Pərvanə Ağazadə

AzNews.az