Onun Sveti Vlas kurortunda suvenir mağazası olub Onun Sveti Vlas kurortunda suvenir mağazası olub

Rusiyalı qadın Bolqarıstanda saxlanıldı - İnterpol axtarırmış

Onun Sveti Vlas kurortunda suvenir mağazası olub

Bolqarıstan polisi Rusiya vətəndaşını dələduzluq işinə görə saxlayıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Agentliyin məlumatına görə, söhbət Rusiya hakimiyyətinin İnterpol vasitəsilə axtardığı qadından gedir.

Qeyd edildiyi kimi, Bolqarıstan məhkəməsi saxlanılan şəxsin vətənə ekstradisiyası barədə Rusiyanın sorğusuna baxacaq.

Rusiyalı qadın Sveti Vlas kurortunda suvenir mağazasının sahibi olub.

Babək Göyüş

AzNews.az