Ukraynada iyulun 21-də növbədənkənar parlament seçkiləri keçiriləcək Ukraynada iyulun 21-də növbədənkənar parlament seçkiləri keçiriləcək

Saakaşvilinin partiyasının namizədləri seçkiyə buraxılmadı - Rəsmi açıqlama

Ukraynada iyulun 21-də növbədənkənar parlament seçkiləri keçiriləcək

Ukraynanın Mərkəzi Seçki Komissiyası (MSK) iyulun 21-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfindən əsası qoyulan “Yeni Qüvvələrin Ruxu” partiyasının namizədlərini qeydə almaqdan imtina edib.

AzNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı komissiyanın mətbuat xidməti yayıb.

"Ali Radaya seçkilər mayın 21-də elan edilib. Lakin “Yeni Qüvvələrin Ruxu” partiyası mayın 8-də keçiriləcək seçkidə iştirakı ilə bağlı məsələlərə baxması lazım olan sənədləri təqdim edib”.

Bununla əlaqədar MSK partiyanın növbədənkənar qurultayının çağırıldığını, partiyanın nizamnaməsinin qaydalarını pozan namizədlərin siyahısının təsdiq olunduğunu bildirib.

Pərvanə Ağazadə

AzNews.az