Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır

Gürcüstanda xəsarət alan azyaşlı azərbaycanlının vəziyyəti ağırdır

Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır

Bu barədə azyaşlının yerləşdirildiyi İaşvili klinikasının həkimi Tamar Beruaşvili jurnalistlərə bildirib.

Həkimin sözlərinə görə, azyaşlıya ilk tibbi yardım Marneulidə göstərilib: “Hazırda körpə klinikanın İntensiv Müalicə şöbəsində həkimlərin daimi nəzarəti altındadır. Onun vəziyyəti sabit ağır olaraq qalır. Körpənin evə buraxılacağı vaxt hələ məlum deyil”.

Qeyd edək ki, 3 yaşlı körpəyə anası ehtiyatsızlıqdan qayçı ilə xəsarət yetirib. Digər məlumatlara görə, körpə ananın istifadə etdiyi qayçını götürüb. Qayçı ilə oynayan zaman onun ayağı büdrəyərək yıxılıb və kəsici alət körpənin sinəsinə batıb. (Report)