Səfər zamanı Türkiyə Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpin ilə bir araya gələcək Səfər zamanı Türkiyə Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpin ilə bir araya gələcək

Ərdoğanı Çində belə qarşıladılar - FOTO

Səfər zamanı Türkiyə Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpin ilə bir araya gələcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin paytaxtı Pekinə gedib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hava limanında Ərdoğanı Türkiyənin Pekindəki səfiri Əbdülqədir Emin Önən, Çinin xarici işlər nazirinin köməkçisi Liu Xianfa, Çin Xalq Respublikasının Ankaradakı səfiri Deng Li və digər rəsmilər qarşılayıb.

Səfərdə Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy, Müdafiə naziri Hülusi Akar, Ticarət naziri Ruhsar Pekcan, MİT naziri Hakan Fidan, AKP-nin sədr müavini Cövdət Yılmaz, Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşayiət edirlər.

Səfər zamanı Türkiyə Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpin ilə bir araya gələcək.

Təkbətək görüşdən sonra liderlər heyətlərarası görüşə qatılacaq. Daha sonra Ərdoğan Si Cinpinin onun şərəfinə verdiyi axşam yeməyində iştirak edəcək.

Ümumilikdə səfər zamanı aparılacaq müzakirələrdə regional və beynəlxalq məsələlərə dair irəliləyişlərin əldə olunacağı gözlənilir.

Xəyalə

AzNews.az

image description image description image description image description image description