- Dünyanın halı
- 21 İyul 2019 12:24
- 2 954
Pakistanda nəzarət-buraxılış məntəqəsinə və xəstəxanaya hücum olub, 7 ölü, 24 yaralı

Pakistanda nəzarət-buraxılış məntəqəsinə hücum və xəstəxanada partlayış törədilməsi nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb
Bu barədə "Dawn" nəşri məlumat yayıb.
Hadisə Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan şəhərində baş verib. Öncə dörd motosikletlə hərəkət edən silahlı şəxslər polis nəzarət-buraxılış məntəqəsinə hücum ediblər, daha sonra xəstəxanada partlayış olub. Ölənlər arasında 4 polis, 3 mülki şəxs var.
Polis araşdırma aparır. (APA)