Gəminin həbsi üçün hazırda vəsatət hazırlanır Gəminin həbsi üçün hazırda vəsatət hazırlanır

Ukrayna Rusiya tankerini saxladı

Gəminin həbsi üçün hazırda vəsatət hazırlanır

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus NEYMA tankerini saxlayıb.

Bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tanker Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneəçilik törətdiyi üçün saxlanılıb.

Məlumata görə, NEYMA 2018-ci ilin noyabrında Kerç boğazında baş verən insident zamanı Ukrayna gəmilərinə maneə törədib. Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. Gəminin sahibləri onun adını dəyişdirərək NIKA SPIRIT qoyublar ki, “onun Kerç boğazında baş verənlərə aidiyyatı ortaya çıxmasın”.

Ekipaj üzvləri dindirilib. Gəminin həbsi üçün hazırda vəsatət hazırlanır.(qafqazinfo.az)

AzNews.az