Ukraynanın hərbi baş prokuroru şəkil paylaşıb Ukraynanın hərbi baş prokuroru şəkil paylaşıb

Saxlanılan rus gəmisində ən azı 7 dənizçi var

Ukraynanın hərbi baş prokuroru şəkil paylaşıb

Rusiyanın Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən İzmail limanında saxlanılan tankerində ən azı 7 rus dənizçi var.

AzNews.az TASS-a istinadən xəbər verir ki, Ukraynanın hərbi baş prokuroru Anatolu Matios Facebook səhifəsində şəkil paylaşıb.

Sözügedən şəkildə dənizçilərdən götürülən 7 Rusiya pasportu yer alıb.

Xatırladaq ki, Ukrayna Kerç boğazında gəmilərinin hərəkətinə maneəçilik törətdiyi üçün Rusiyaya məxsus NEYMA tankerini saxlayıb.

Pərvanə

AzNews.az