Administrasiyanın cəmi bir neçə əməkdaşı onun kabinetinə daxil olmaq hüququna malikdir Administrasiyanın cəmi bir neçə əməkdaşı onun kabinetinə daxil olmaq hüququna malikdir

"Boynunuzu qıraram” - Berdiməhəmmədovun oğlu işçilərinə belə deyir

Administrasiyanın cəmi bir neçə əməkdaşı onun kabinetinə daxil olmaq hüququna malikdir

Qurbanqulu BerdiməhəmmədovTürkmənistan prezidentinin oğlu Sərdar Berdiməhəmmədov Axalsk vilayətinin rəhbəri təyin edildikdən sonra administrasiyanın işində dəyişiklik baş verib.

AzNews.az xəbər verir ki, bu barədə "Türkmənistanın xronikası" Administrasiyanın işçilərinə və yerli əhaliyə istinadən məlumat verib.

Axalsk vilayətinin inzibati mərkəzi Annau şəhərində, Aşqabaddan təxminən 8 kilometr məsafədə yerləşir. Berdiməhəmmədov qara şüşələri olan avtomobildə mühafizənin müşayiəti ilə işə gəlir və faktiki olaraq prezident kortejini kopyalayır.

Vilayət Administrasiyasının şöbələrindən birinin əməkdaşı bildirib ki, Berdiməhəmmədov administrasiyanın binasına daxil olanda və ya getdikdə işçilərdən heç birinin öz iş yerini tərk etmək hüququ yoxdur. Onun kabinetinin qapısında mühafizə xidməti yaradılıb və bu, əvvəlki akimin dövründə baş verməyib.

- İndi administrasiyanın cəmi bir neçə əməkdaşı onun kabinetinə daxil olmaq hüququna malikdir. Bütün işçilərə xəbərdarlıq edirlər ki, ehtiyac olmadan öz kabinetlərindən çıxmasınlar, əgər çıxırlarsa, sakitliyə riayət etsinlər. Mobil telefonlardan da istifadə etmək qadağandır. Administrasiya rəhbəri əsas diqqəti müxtəlif cür şənliklərin hazırlanması və keçirilməsinə ayırır. Onun tabeliyində olanlar ilə söhbət edərkən istifadə etdiyi sevimli ifadəsi "boynunuzu qıraram”dır.

Annau sakinlərindən biri akimin qəbuluna düşməyə çalışdığını söyləyib, ancaq onu şəxsi məsələlər üzrə nə akim, nə də müavinləri qəbul edib.

- Əgər onlar bizimlə görüşmək istəmirlərsə, əhalinin ehtiyac və problemlərini necə öyrənəcəklər? – deyə soruşur.

Bölgənin sakinləri prezidentin oğlunun uzun müddət vəzifədə qalmayacağına əmindirlər. Ona maksimum yarım il vaxt verilir, sonra isə insanlar güman edirlər ki, onu başqa rəhbər vəzifəyə keçirəcəklər.

Xatırladaq ki, iyunun 17-də Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov öz oğlu Sərdarı Axalsk vilayətinin akimi təyin edib.

O, bu vilayətdə akimin müavini vəzifəsində 6 ay işləyib.

Babək Göyüş

AzNews.az