"Bazanın əksər işçiləri azərbaycanlılardır. Bu problemlə əlaqədər Rusiya Azərbaycanları İttifaqına bir çox müraciətlər olub " "Bazanın əksər işçiləri azərbaycanlılardır. Bu problemlə əlaqədər Rusiya Azərbaycanları İttifaqına bir çox müraciətlər olub "

Moskvada “Fud-siti” bazasında namaz qılan azərbaycanlıların cərimələnməsi ilə bağlı iclas keçirilir

"Bazanın əksər işçiləri azərbaycanlılardır. Bu problemlə əlaqədər Rusiya Azərbaycanları İttifaqına bir çox müraciətlər olub "

“Bununla bağlı təkcə Moskvadan deyil, regionlardan da şikayət daxil olub. Araşdırmalarımızdan sonra məlum oldu ki, Azərbaycan əsilli namaz qılanları o məkanda sıxışdırırlar və həmyerlilərimizin ibadətlərini yerinə yetirmələrinə imkan vermirlər. Təşkilat olaraq biz də bu məsələyə ciddi yanaşırıq və bunu diqqət mərkəzində saxlayırıq”.

Bu fikirləri "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

Onun sözlərinə görə, Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud-siti”də azərbaycanlılar üçün namaz qılmağın qadağan olunması barədə məsələ Azərbaycan diasporu tərəfindən nəzarətdə saxlanılır:

“Problem var, araşdırdıq və bunu gördük. Hətta regiondan Moskvaya gələn soydaşımızı bazada namaz qıldığına görə cərimə ediblər və buranın namaz qılmaq üçün məkan olmadığını bildiriblər. Məsələ ilə bağlı artıq bazar rəhbərliyi ilə danışıqlar aparılıb. Hazırda bu danışıqlar davam edir. Bu gün problemin həlli yolu tapılması üçün baza rəhbərliyinin təcili iclası keçirilməlidir. İnanırıq ki, “Fud-Siti”də ibadət üçün məkan ayrılacaq. Namaz qılmaq üçün belə yerlər, hətta hava limanlarında belə mövcuddur”.

"Taciklərdə bu cür məhdudiyyətlər yoxdur. Azərbaycanlılar taciklərin yanında namaz qılır, onlara icazə var, bizimkilərə yox?! Bu, nə deməkdir?! Bazanın sahiblərinin əslən Azərbaycandan olduğunu hesab etsək, düşünürük ki, bu məsələ yaxınlıqda həllini tapacaq”, deyə E.Hüseynov vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətində Avropanın ən böyük meyvə-tərəvəz bazası hesab edilən “Fud Siti”də namaz qılmaq qadağan olunub.