Onun ocağı 5 km dərinlikdə olub Onun ocağı 5 km dərinlikdə olub

Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub

Onun ocağı 5 km dərinlikdə olub

Qazaxıstanın cənub-şərqində Alma-Atı vilayətində 5,4 maqnituda gücündə zəlzələ olub.

Bu barədə RİA “Novosti” Respublika Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədova istinadən məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 5.07-də (Bakı vaxtı ilə 03:07-də) qeydə alınıb, episentr Alma-Atıdan 145 km məsafədə yerləşib.

“Zəlzələnin energetik sinfi 12,8-dir. Onun ocağı 5 km dərinlikdə olub”, - Nurəhmədov bildirirb.

O qeyd edib ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

AzNews.az