Üç saat davam edən danışıqlar nəticə verməyib Üç saat davam edən danışıqlar nəticə verməyib

Sərnişinləri girov götürən şəxs güllələndi

Üç saat davam edən danışıqlar nəticə verməyib

Braziliyanın Rio-de-Janeyro şəhərində avtobus sərnişinlərini girov götürən silahlı şəxs güllələnib.

The Rio Times saytı xəbər verir ki, Rio-Niteroy körpüsünün üzərində marşrut avtobusunun içərisindəki 37 sərnişin silahlı şəxs tərəfindən girov götürülüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib və cinayətkarla danışıqlar aparılıb. Üç saat davam edən danışıqlar nəticə verməyib və avtobusdan düşən silahlı şəxsə atəş açılıb. Yerli polisin məlumatına görə, revolver və elektroşok aləti ilə silahlanmış şəxs aldığı yaralardan hadisə yerində keçinib.

Polisin yaydığı məlumata görə, silahlı şəxs avtobusu yandırmaqla hədələyib və onunla aparılan danışıqlar zamanı 6 sərnişini azad etmək mümkün olub.(AZƏRTAC)

AzNews.az