Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib

“G7” ölkələrinin liderləri Rusiyanın “G8”-ə qayıtmasını müzakirə ediblər

Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib

Böyük yeddilik (G7) ölkələrinin liderləri Fransanın Biarrits şəhərində keçirilən sammitdə Rusiyanı qaytarmaqla “G8” formatını bərpa etmək məsələsini müzakirə ediblər.

Bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.

“Liderlər Rusiyanı qaytarmaqla “G8” formatını müzakirə ediblər. Bu barədə Yaponiya hökumətinin nümayəndəsi məlumat verib. Danışıqların təfərrüatları isə açıqlanmayacaq”.

Bundan əvvəl, ABŞ prezidenti Donald Tramp yenidən Rusiyanın G8-ə (Böyük səkkizlik -red) qayıtması təklifi ilə çıxış edib. (report)

AzNews.az