O, məlumatı özünün Twitter səhifəsində yayıb O, məlumatı özünün Twitter səhifəsində yayıb

Trampdan İranla bağlı şok qərar

O, məlumatı özünün Twitter səhifəsində yayıb

ABŞ prezidenti Donald Tramp bir neçə dəqiqə əvvəl İrana yeni sanksiyaların tətbiq olunacağını bildirib.

AzNews.az xəbər verir ki, o, məlumatı özünün Twitter səhifəsində yayıb.

"İrana tətbiq edilən sanksiyaları artırmaları üçün Xəzinə Nazirliyinə təlimat verdim", - deyə Tramp qeyd edib.

Xatırladaq ki, nüvə razılaşmasından çıxdıqdan sonra rəsmi Tehranı hədəf alan və bir çox sanksiya tətbiq edən Vaşinqton rəhbərliyi Səudiyyə Ərəbistanında baş verən neft zavodu yanğınlarına görə İranı günahlandırır.

Pərvanə

AzNews.az