Bu qərar etirazçıların tələbindən sonra verilib Bu qərar etirazçıların tələbindən sonra verilib

Ekvador prezidenti etirazçıların istəyini qəbul etdi

Bu qərar etirazçıların tələbindən sonra verilib

Ekvador prezidenti Lenin Moreno Silahlı Qüvvələr komandiri Roka Moreyranı və hakim ordunun rəhbəri Xavyer Peresi istefaya göndərib.

“RİA Novosti” xəbər verir ki, bu qərar etirazçıların tələbindən sonra verilib. Aksiya iştirakçıları xalq etirazlarına zor tətbiq edən güc strukturlarının rəhbərlərinin istefasını hələ mitinqlərin əvvəlindən tələb edirdilər.

Qeyd edək ki, Ekvadorda etiraz aksiyaları oktyabrın əvvəlindən başlayıb. Onlar yanacağa və iqtisadi islahatlara dövlət subsidiyalarının ayrılmasına imtina olunduqdan sonra meydanlara çıxıblar. Mitinqçilər yolları bağlamış, neft yataqlarını blokadaya almış və Kito hava limanına girişi bağlamışdılar. Ekvador prezidenti bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan etmiş, baş qərargahını Quayakil şəhərinə köçürmüşdü.(qafqazinfo.az)

AzNews.az