İnsanlara xəsarət yetirən ayı meşəyə qaçıb İnsanlara xəsarət yetirən ayı meşəyə qaçıb

Yaponiyada ayı dörd nəfəri xəstəxanalıq etdi

İnsanlara xəsarət yetirən ayı meşəyə qaçıb

Yapon dənizi sahillərində yerləşən Niiqata prefekturasında ayı yerli sakinlərə hücum edərək dörd nəfərə ciddi xəsarət yetirib.

Oktyabrın 18-də günorta saatlarında Uonuma şəhərində ayı bir kişini və üç qadını ciddi yaralayıb. Onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Ayı ilə qarşılaşan bir sürücü deyib ki, vəhşi heyvan onun maşınına da hücum edib. O qeyd edib ki, ayının caynaqlarının izi onun avtomobilinin ön hissəsində açıq görünür.

İnsanlara xəsarət yetirən ayı meşəyə qaçıb. Yaxınlıqdakı dağlarda ayıların olduğunu deyən sürücü ilk dəfədir yaşayış məntəqəsində bu heyvanla qarşılaşdığını bildirib.(AZƏRTAC)

AzNews.az