- Dünyanın halı
- 22 Oktyabr 2019 11:05
- 2 005
Türkmənistan Prezidenti Azərbaycana gələcək
O, Bakıda böyük tədbirə qatılacaq
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək.
Türkmənistan Dövlət İnformasiya Agentliyinə (TDX) istinadən verilən xəbərə görə, səfər zamanı Q. Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə qatılacaq.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək. (APA)
AzNews.az