Onlar dərhal məktəb rəhbərliyi tərəfindən işdən çıxarılıblar Onlar dərhal məktəb rəhbərliyi tərəfindən işdən çıxarılıblar

İnternatda TÜKÜRPƏDƏN OLAY: İki müəllim kor qıza günlərlə təcavüz etdi

Onlar dərhal məktəb rəhbərliyi tərəfindən işdən çıxarılıblar

Hindistanda iki müəllim iki ay ərzində görmə məhdudiyyətli qızı zorlayıb.

AzNews.az "Dailymail"ə istinadən xəbər verir ki, Qucarat ştatının əlil uşaqlar üçün internat məktəbində 62 yaşlı Çaman Takor və 30 yaşlı Cayanti Takor adlı iki şəxs 15 yaşlı gözdən əlil qıza təcavüz edib.

Ailəsi tətildən qayıdıb məktəbə getməli olduğu zaman qızın vəziyyətindən şübhələniblər. Zərərçəkmiş isə dözə bilməyib və hər şeyi xalasına etiraf edib.

Qızın xalasının sözlərinə görə, o, birinci Cayanti Takor tərəfindən məktəbin musiqi otağında təcavüzə məruz qalıb. Bundan üç gün sonra onu həmin otaqda Çaman Takor zorlayıb. Daha sonra Cayanti ölkədə keçirilən Navratri festivalından bir gün əvvəl yenidən qıza təcavüz edib.

Bu iki şəxs arasında qohumluq əlaqəsi hələ müəyyənləşdirilməyib.

Hindistan polisi "Times of İndia"ya açıqlamasında hər iki cinayətkarın məsələ aşkar edildikdən sonra qaçdığını deyib.

Hadisə məlum olduqdan sonra onlar dərhal məktəb rəhbərliyi tərəfindən işdən çıxarılıblar.

Qeyd edək ki, sözügedən hadisə bir qadının qardaşının oğlanları tərəfindən təcavüzə məruz qalmasından və keçmiş həyat yoldaşı tərəfindən qızının gözləri qarşısında sulfat turşusu içməyə məcbur edilməsindən bir ay sonra baş verib.

Rəsmi məlumatlara görə, Hindistanda hər il 40 min zorlama hadisəsi qeydə alınır.

Aksiya iştirakçıları qurbanların sayının əslində daha çox olduğunu deyir. Bildirilir ki, onlar sosial qınaqdan qorxduqları və müstəntiqlərə inanmadıqları üçün yaşadıqlarını danışmaqdan çəkinirlər.

Pərvanə

AzNews.az