Ordu da daxil olmaqla bir çox dövlət qurumları, həmçinin, polislər də etiraz aksiyalarına qoşulub Ordu da daxil olmaqla bir çox dövlət qurumları, həmçinin, polislər də etiraz aksiyalarına qoşulub

Bir sıra istefalardan sonra Boliviyanın yeni lideri müəyyənləşdi

Ordu da daxil olmaqla bir çox dövlət qurumları, həmçinin, polislər də etiraz aksiyalarına qoşulub

Boliviya Senatının ikinci vitse-spikeri Janin Anyes ölkədə ali hakimiyyətin ona keçdiyini elan edib.

Bu barədə “Pagina 7” nəşri yazır.

Bundan əvvəl bütün ölkə rəhbərliyi - Boliviya prezidenti Evo Morales, vitse-prezident Alvaro Qarsia Linera, eləcə də konstitusiyaya əsasən, ölkədə üçüncü rəhbər şəxs olan Senatının spikeri Adriana Salvatyerra istefa verib.

Bununla yanaşı, bir neçə nazir, Gömrük Xidmətinin başçısı istefa verib. Bir neçə tanınmış senator da mandatını təhvil vermək qərarına gəlib.

Qeyd edək ki, Boliviya prezidenti Evo Morales ordu tələb etdikdən sonra vəzifəsindən istefa verdiyini bildirmişdi və ölkənin paytaxtını təyyarə ilə tərk etmişdi.

Boliviyada etirazlar oktyabrın 29-da keçirilmiş prezident seçkilərində Moralesin liderlik etdiyi barədə xəbər yayıldıqdan sonra başlayıb. Morales 47,7%, əsas rəqibi Karlos Mea isə 36,51% səs toplamışdı. Ordu da daxil olmaqla bir çox dövlət qurumları, həmçinin, polislər də etiraz aksiyalarına qoşulub.