"Ölkələrimizin qarşısında duran əsas problem ərazi bütövlüyüdür" "Ölkələrimizin qarşısında duran əsas problem ərazi bütövlüyüdür"

“Azərbaycanın GUAM-a sədrliyi məhsuldar və effektiv olacaq”

"Ölkələrimizin qarşısında duran əsas problem ərazi bütövlüyüdür"

“Biz əminik ki, gələn il Azərbaycanın GUAM-a sədrliyi olduqca məhsuldar və effektiv olacaq”.

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria GUAM-a üzv ölkələrin hökumət başçılarının Kiyevdə keçirilən iclasından sonra keçirilən birgə brifinqdə deyib.

O bildirib ki, hazırda üzv ölkələrin başlıca problemi ərazi bütövlüyü ilə bağlıdır.

“Ölkələrimizin qarşısında duran əsas problem ərazi bütövlüyüdür. Ərazi bütövlüyümüzə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Gürcüstan tərəfi bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll edilməsi mövqeyinə sadiqdir”, - deyə G. Qaxaria qeyd edib.(apa.az)

AzNews.az