Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır

Qazaxıstan Müstəqillik Gününü qeyd edir

Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır

Dekabrın 16-da Qazaxıstanda milli bayram- Müstəqillik Günü qeyd olunur. 1991-ci il dekabrın 16-da Qazaxıstanın Ali Şurası “Dövlət müstəqilliyi haqqında” Qanunu qəbul edib.

28 il əvvəl müstəqillik qazanan Qazaxıstan hazırda dünyada etibarlı tərəfdaş, sabit inkişaf edən ölkə kimi tanınır. Qazaxıstan bölgədə sabitliyin, təhlükəsizliyin, Avrasiya regionunda geniş inteqrasiyanın tərəfdarıdır və bütün qonşu ölkələrlə dostluq əlaqələrinə malikdir.

Müstəqillik illərində Qazaxıstan dinamik inkişaf edən iqtisadiyyatına və xarici sərmayələrin cəlb edilməsinə görə MDB-də lider dövlətə çevrilib.

AzNews.az