Çinin 25 əyalətində 633 nəfər virusa yoluxub Çinin 25 əyalətində 633 nəfər virusa yoluxub

Çin yayılan virusla bağlı ənənəvi Yeni İl şənliklərini ləğv edib

Çinin 25 əyalətində 633 nəfər virusa yoluxub

Dekabrın sonlarında ilk dəfə Uhan şəhərində peyda olan “2019-nCoV” koronavirusu nəticəsində 17 nəfər ölüb.

AzNews.az "Sputniknews"a istinadən xəbər verir ki, Pekin Bələdiyyəsi Mədəniyyət və Turizm Bürosu koronavirusun yayılmasının qarşısını almaq üçün bu gündən başlayaraq məbəd yarmarkaları da daxil olmaqla geniş miqyaslı tədbirləri ləğv etmək qərarına gəlib.

Qeyd edək ki, Sinqapurda son zamanlarda meydana gələn infeksiya halları artıq Honq- Konq, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ və Makaoda da qeydə alınıb.

Hal-hazırda, Çin hakimiyyət orqanları 633 nəfərin virusa yoluxduğunu təsdiqləyib. Onlardan 95 nəfərinin vəziyyəti kritikdir, 17 nəfər isə dünyasını dəyişib.

Pərvanə