Koronavirusdan ölənlərin sayı 2 345 nəfərə çatıb Koronavirusdan ölənlərin sayı 2 345 nəfərə çatıb

Koronavirus yenə onlarla can aldı

Koronavirusdan ölənlərin sayı 2 345 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı artıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı 2 345 nəfərə çatıb.

Məlumata görə, gün ərzində virusdan 109 ölüm hadisəsi qeydə alınıb. Ölkədə virusa yoluxmuş 2 393 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində koronavirusa yoluxanların sayı 75 891 nəfərdir.

Qeyd edək ki, ölkədə koronavirusa ilk yoluxma ötən ilin sonlarında qeydə alınıb.