İtaliyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi

İspaniyada da vəziyyət buna bənzərdir

İtaliyada koronavirusdan ölənlərin sayı 10 mini keçib.

AzNews.az xəbər verir ki, son sutka ərzində pandemiyadan 889 nəfər dünyasını dəyişib. Bununla da koronavirusdan ölənlərin sayı 10 023 nəfərə çatıb.

İspaniyada da vəziyyət buna bənzərdir. 5 812 nəfərin koronavirusdan öldüyü ölkədə, son sutka ərzində 674 nəfər dünyasını dəyişib.

Ən çox yoluxma isə ABŞ-dadır - 116 326. Koronavirusdan ölənlərin sayı isə 1 943 nəfərdir. Koronavirusun dünyaya yayıldığı Çində isə son sutka ərzində 3 nəfər ölüb, 54 nəfərdə yeni yoluxma faktı qeydə alınıb.