Aprel ayında ölkədə hasilat 12 mln. barelə qədər artıb Aprel ayında ölkədə hasilat 12 mln. barelə qədər artıb

Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər

Aprel ayında ölkədə hasilat 12 mln. barelə qədər artıb

Səudiyyə Ərəbistanı ABŞ və Rusiya ilə neft hasilatının azaldılmasına dair razılaşma əldə olunduğu təqdirdə, hasilatda ciddi azalmalara hazırdır.

AzNews.az-ın məlumatına görə, bu barədə “İnterfax”a Səudiyyə Krallığının mövqeyi ilə tanış bir mənbə məlumat verib.

O, krallığın birinci rübün səviyyəsi ilə müqayisədə neft hasilatını məhdudlaşdırmağa hazır olub-olmadığını dəqiqləşdirməsə də, vurğulayıb ki, bu düstur hələ də müəyyən edilməyib.

Daha öncə Rusiya prezidenti Vladimir Putin bildirib ki, neft hasilatı birinci rübün səviyyəsindən də çox azaldılmalıdır.

Birinci rübdə Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 9,8 mln. barel olub. Aprel ayında ölkədə hasilat 12 mln. barelə qədər artıb.

Sazişin bütün tərəfləri ilə ictimaiyyətə açıqlanan mümkün gündəlik 10 mln barel azalma rəqəmini şərh edən mənbə qeyd edib ki, konkret rəqəmlər hələ müəyyənləşdirilməyib, lakin burada söhbət böyük həcmdə azalmadan gedir.