Ölkədə koronavirusa yoluxanların sayı 220 325 nəfərdən 221 447-yə yüksəlib Ölkədə koronavirusa yoluxanların sayı 220 325 nəfərdən 221 447-yə yüksəlib

İspaniyada pandemiya qurbanlarının sayı 26 mini ötdü

Ölkədə koronavirusa yoluxanların sayı 220 325 nəfərdən 221 447-yə yüksəlib

İspaniyada ötən sutka ərzində daha 213 nəfər koronavirusdan ölüb.

AzNews.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 26 070-ə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı 220 325 nəfərdən 221 447-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.