Araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib Araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib

ÜST haqqında beynəlxalq araşdırma aparılacaq

Araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) 194 üzv dövləti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə bağlı fəaliyyəti mövzusunda araşdırma aparılmasına qərar verib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dünya miqyasında Covid-19-la mübarizənin davam etdiyi bir dövrdə ÜST-ün pandemiyaya qarşı gördüyü tədbirlər beynəlxalq ictimaiyyət arasında mübahisə və müzakirələrə səbəb olub. Belə ki, ÜST bu istiqamətdə fəaliyyətsizlikdə belə ittiham olunub. Bu səbəbdən bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən ÜST-ün illik toplantısına BMT ölkələri də qatılıb. Onlar virusun qaynağı və insandan insana necə yoluxması mövzusunda beynəlxalq araşdırmanın başladılmasına qərar veriblər.

BMT-yə üzv ölkələrin araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib.

Araşdırmanın başlayacağı tarix isə açıqlanmayıb.