Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb

Kanadada COVID-19-a yoluxan 6 355 nəfər öldü

Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb

Kanadada koronavirus infeksiyasına yoluxanların sayı 83,6 mini, infeksiyanın yaratdığı xəstəlikdən ölənlərin sayı isə 6,3 mini ötüb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində 1 141 nəfərin COVID-19 testi müsbət nəticələnib. Nəticədə koronavirusa yoluxanların sayı 83 621 nəfərə çatıb.

Müalicə alan 105 xəstə dünyasını dəyişib. Ümumilikdə 6 355 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Daha çox yoluxma halı Kvebek (46 838) və Ontario ( 25 040) əyalətlərində qeydə alınıb.