7 nəfər ölüb 7 nəfər ölüb

Ermənistanda yoluxanların sayı 12 minə çatır

7 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 11 817 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 596 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 183 nəfər koronavirusdan ölüb, 8 121 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

AzNews.az