- Dünyanın halı
- 8 İyun 2020 09:00
- 2 375
137 minədək insanda koronavirus aşkar olunub
Bir gündə
Dünyada koronavirusa yoluxanların sayı 6,7 milyon nəfəri keçib.
"TASS"-ın yaydığı xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 400 mini ötüb.
"Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4 586 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 6 799 713 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir", - deyə təşkilatın xəbərində bildirilir.
Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 3 234 875 nəfərdə təhlükəli virus aşkarlanıb.
AzNews.az