Maks Meysonun günahsız olduğunu ortaya çıxaran üzr qərarı açıqlanıb Maks Meysonun günahsız olduğunu ortaya çıxaran üzr qərarı açıqlanıb

ABŞ bir əsr sonra üzr istədi

Maks Meysonun günahsız olduğunu ortaya çıxaran üzr qərarı açıqlanıb

Törətmədiyi cinayətdən məhkum olunan və 1942-ci ildə vəfat edən Maks Meyson adlı qaradərili vətəndaşa hadisədən 100 il sonra bəraət verilib.

AzNews.az "TRT Haber"ə istinadən xəbər verir ki, 100 il əvvəl ABŞ-ın Minnesota ştatında "ağ dərili qadına təcavüz"də təqsirləndirilən Maks Meysonun günahsız olduğunu ortaya çıxaran üzr qərarı açıqlanıb. "İrqi terrorizm yalnız ölkəmizin bir hissəsi ilə məhdudlaşmır. Bu üzr, ölkəmizi həqiqətən hamı üçün azadlıq və ədalət məkanına çevirmə prosesinin bir hissəsidir.",-deyə Minnesota Ali Məhkəməsinin Baş İcraçı Direktoru Keyt Ellison qeyd edib.

Qeyd edək ki, 1920-ci ildə təcavüz cinayətində təqsirləndirilən şübhəli qaradərili Maks Meyson təcavüz ittihamı ilə 30 il həbs cəzasına məhkum edilmiş və 1925-ci ildə Minnesota'ya qayıtmamaq şərti ilə sərbəst buraxılmışdı.