İngiltərə liqasında koronavirusa daha 3 yoluxma aşkarlandı

2 klubdan ümumilikdə 3 nəfərdə koronavirus aşkarlanıb

İngiltərə Çempionşipində komandaların məşqçilər heyəti, futbolçuları və əməkdaşlarından götürülən növbəti analizlərin nəticələri açıqlanıb.

AzNews.az İngiltərə Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2 klubdan ümumilikdə 3 nəfərdə koronavirus aşkarlanıb.

Adları açıqlanmadığından, onların futbolçu olub-olmadıqları bilinmir. Həmin şəxslər artıq karantinə alınıblar.

Test nəticələri neqativ çıxanların isə oyunlarda və məşqlərdə iştirakına heç bir qadağa qoyulmayıb.

Qeyd edək ki, buna qədər Çempionşipdə virusa ümumilikdə 14 yoluxma faktı aşkarlanıb.