- Dünyanın halı
- 29 İyun 2020 17:00
- 2 517
Keçmiş baş nazir və xanımına hökm oxundu
Məlumatı “İzvestiya” yayıb
Paris məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyon 3 ili şərti olmaqla 5 il müddətinə azadlıqdan məhrum edib.
Fransa hökumətinin keçmiş başçısı həyat yoldaşı Penelop Fiyonu saxta yolla işə düzəltməklə bağlı cinayət işi üzrə mühakimə olunub. Xanım Fiyon da cinayətdə iştirak etdiyi üçün 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib.
F.Fiyon və onun yaxın ətrafı barədə qalmaqal 2017-ci ilin yazında prezident seçkisi kampaniyası zamanı gündəmə gəlib. Penelop Fiyon 8 il ərzində qanunsuz yolla deputat köməkçisi maaşını almaqda təqsirli bilinib.
Qeyd edək ki, Fransua Fiyon 2007-ci il mayın 17-dən 2012-ci il mayın 10-dək, Nikolya Sarkozi prezidentliyi dövründə baş nazir olub. (Report)
AzNews.az