512 842 nəfər isə ölüb 512 842 nəfər isə ölüb

Dünyada 10 533 779 nəfər koronavirusa yoluxub

512 842 nəfər isə ölüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 176 mindən çox artıb.

AzNews.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 30-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 176 102 nəfər yeni koronavirusa yoluxub, 4 787 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 533 779, ölənlərin isə 512 842 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 312 792 yoluxma və 252 340 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 747 810, ölənlərin sayı isə 198 405 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 096 565 yoluxma və 25 517 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.