Ermənistanda koronavirus Ermənistanda koronavirus

39 mindən çox erməni yoluxub

Ermənistanda koronavirus

Ermənistanda koronavirusa yoluxanların sayı 39 298 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 196 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 8 158 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

AzNews.az