Beyrutdakı etiraz aksiyaları yatırıldı, 728 nəfər yaralandı

Bu barədə “Al Jazeera” telekanalı xəbər verib

Livanın paytaxtı Beyrutda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında azı 728 nəfər yaralanıb, 19 fəal saxlanılıb.

AzNews.az bildirir ki, bu barədə “Al Jazeera” telekanalı xəbər verib.

Bir polis əməkdaşı həlak olub. Hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar.

Daha əvvəl ərəb KİV 70-ə yaxın polis olmaqla 490 nəfərin yaralanması barədə xəbər vermişdi.

“TASS” yazır ki, Livan hökumətinin başçısı Həsən Diyab müxalifətin əsas tələblərindən biri olan növbədənkənar seçkilərin keçirilməsi məsələsinə baxmağa hazır olduğunu bəyan edib.