Bir neçə nəfər saxlanılıb Bir neçə nəfər saxlanılıb

Minskdə etirazçılarla güc strukturları arasında toqquşma - VİDEO

Bir neçə nəfər saxlanılıb

Belarusun paytaxtı Minskin Müstəqillik prospektində icazəsiz mitinq iştirakçıları ilə güc strukturları əməkdaşları arasında toqquşma olub.

AzNews.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İnsident Dövlət Təhlükəsizliyi Komitəsinin binası yaxınlığında baş verib. Bir neçə nəfər saxlanılıb.

Həmçinin, məlumdur ki, OMON Müstəqillik prospektində etirazçılar dəstəsini mühasirəyə alıb.

Paytaxtda dörd mərkəzi metro stansiyasının giriş-çıxışı bağlanıb: “Ploşad Lenina”, “Oktyabrskaya”, “Kupalovskaya” və “Ploşad Pobedı”.