Hazırda reanimasiya şöbələrində 495 xəstə var Hazırda reanimasiya şöbələrində 495 xəstə var

İraqda koronavirusa gündəlik yoluxma sayında rekord qeydə alınıb

Hazırda reanimasiya şöbələrində 495 xəstə var

İraqda yeni növ koronavirusa gündəlik yoluxma hallarının sayı ilk dəfə 5 mini ötüb.

AzNews.az INA agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin məlumatlarından görmək olar.

Belə ki, son gündə 5 036 yeni COVID-19 hadisəsi qeydə alınıb, 3 611 nəfər sağalıb, 84 xəstə ölüb.

Beləliklə, İraqda koronavirusa yoluxanların sayı 252 mini keçib, bunlardan 191 mindən çoxu sağalıb. Nazirlikdən bildirilib ki, ümumilikdə 7 359 nəfər koronavirusla əlaqəli xəstəliklərdən ölüb.

Hazırda reanimasiya şöbələrində 495 xəstə var.