Çində pandemiya ilə mübarizəyə dair iclasa 3 min nəfər qatılıb

İştirakçılar arasında məsafənin olmaması sosial mediada mənfi reaksiyalara səbəb olub

Epidemiyanın yarandığı Çində həyat artıq normallaşmağa başlayıb.

AzNews.az xəbər verir ki, paytaxt Pekində “Xalqın Böyük Zalı”nda keçirilən toplantıda, pandemiya ilə mübarizədə müvəffəqiyyət göstərən şəxslər Çin Prezidenti Si Cinpin tərəfindən medalla təltif ediliblər.

Təxminən 3 min nəfərin qatıldığı iclasda iştirakçılar arasında məsafənin olmaması sosial mediada mənfi reaksiyalara səbəb olub.

Digər tərəfdən, şəhərdə hələ də virus tədbirləri ciddi şəkildə həyata keçirilsə də, görüşdəki laqeyd davranış həm Çində, həm də dünyada müzakirələrə səbəb olub.

Səidə Vahid

AzNews.az