Bunu ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib Bunu ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib

ÜST Avropada koronavirusa yoluxma hallarının artmasından narahatdır

Bunu ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib

“Avropada sentyabr ayında alınan rəqəmlər hamı üçün həyəcan siqnalı olmalıdır. Çünki qeydə alınan yoluxma hallarının sayı mart və aprel aylarına nisbətən daha çoxdur”.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge deyib.

ÜST həmçinin bir neçə ölkənin karantin müddətini azaltmaq qərarından narahatlığını da dilə gətirib. “Karantinin, kiçik müddətə olsa belə, azaldılmasının insanlara və cəmiyyətə necə böyük təsir edə biləcəyini bilirik”, - H.Klüge bildirib.

O, region ölkələrini mütəxəssislərlə əməkdaşlıq edərək standart elmi prosedurlara riayət etməyə və karantinləri təhlükəsiz şəkildə azaltmaq üçün yollar axtarmağa çağırıb.