- Dünyanın halı
- 20 Sentyabr 2020 22:10
- 2 407
Ermənistanda tibb mərkəzində kütləvi zəhərlənmə oldu
Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib
Ermənistanın “Surb Qriqor Lusavoriç" tibb mərkəzində qidadan kütləvi zəhərlənmə qeydə alınıb.
AzNews.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, tibb mərkəzi bu barədə müvafiq orqanlara məlumat verib.
Məlumata görə, zəhərlənmə əlamətləri bir sıra həkimlərdə və pasiyentlərdə müşahidə edilib. Hazırda Ermənistanın Səhiyyə Nazirliyinin məsul şəxsləri və Qida Məhsullarının Təhlükəsizlik Xidmətinin mütəxəssisləri hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar aparırlar.