- Dünyanın halı
- 24 Sentyabr 2020 21:19
- 1 949
“Bəşəriyyət pandemiya sınağından üzüağ çıxa bilmədi” - BMT Baş katibi

Virus artıq dünyada 1 milyona yaxın insanı öldürüb
“COVID-19 ilə bağlı pandemiya açıq-aydın beynəlxalq əməkdaşlıq üçün sınaqdır və biz bundan üzü ağ çıxa bilmədik”.
AzNews.az RT-yə istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının virusla bağlı vəziyyət üzrə iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, virus artıq dünyada 1 milyona yaxın insanı öldürüb və 30 milyondan çox insan virusa yoluxub.
“O, nəzarətdən çıxıb”, - Baş katib söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 24-nə olan məlumatına görə, dünyada ümumilikdə 31 664 104 koronavirusa yoluxma faktı qeydə alınıb, 972 221 nəfər virusun qurbanı olub.