Bolqarıstanda rekord ardınca rekord

7 pasiyent dünyasını dəyişib

Bolqarıstanda artıq dörd gündür koronavirusla bağlı vəziyyətdə rekord göstəricilər qeydə alınır.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, son sutka ərzində ölkədə rekord sayda – 612 nəfərdə koronavirus aşkarlanıb ki, bu da ötəngünkü göstəricədən 96 nəfər çoxdur. Bolqarıstanda koronavirusa yoluxanların ümumi sayı 24 191-dir.

Son sutka ərzində koronaviruslu 7 pasiyent dünyasını dəyişib, ölüm hallarının ümumi sayı 887-yə yüksəlib.

Hazırda xəstəxanalarda 1 131 pasiyentin müalicəsi davam etdirilir, onlardan 58-i intentiv terapiya şöbələrindədir. Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə 15 713 nəfər sağalıb.