- Dünyanın halı
- 10 Oktyabr 2020 12:32
- 2 626
Ermənistanda bir günə 649 nəfər yoluxdu
Son sutkada daha 649 nəfər COVID-19-a yoluxub
Ermənistanda koronavirusa yoluxanların sayı 55 min 736 nəfərə çatıb.
AzNews.az xəbər verir ki, son sutkada daha 649 nəfər COVID-19-a yoluxub.
Ölkədə koronavirusdan ölənlərin sayı daha 6 nəfər artaraq 1016-ya çatıb.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.