- Dünyanın halı
- 8 Noyabr 2020 10:43
- 2 464
Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu ötdü

Bu barədə “worldometers.info”da məlumat verilib
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 50 milyonu ötüb.
AzNews.az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.
Belə ki, indiyədək 50 108 875 nəfər koronavirusa yoluxub, 1 255 048 nəfər bu virusdan dünyasını dəyişib, 35 500 346 nəfər sağalıb.
Hazırda dünyada 13 353 481 aktiv koronavirus xəstəsi var ki, onlardan da 91 572-nin vəziyyəti ağır qiymətləndirilir.