Almaniyada sürücü maşını piyadaların üzərinə sürdü - 5 ölü, 15 yaralı

İstintaq aparıldığı bildirilib

Almaniyanın Trir şəhərində sürücü maşını piyadaların üzərinə sürüb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, nəticədə biri uşaq olmaqla 5 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Hadisəni törədən 51 yaşlı alman tutulub və istintaqa cəlb olunub. İlkin araşdırmalar zamanı insidentin hər hansı dini və ya siyasi məqsədlə törədilmədiyi məlum olub.

Saxlanılan şəxs haqqında 4 cinayət işi, xeyli sayda cinayətə təşəbbüs, qəsdən yaralama ittihamları ilə istintaq aparıldığı bildirilib.

Almaniya kansleri Angela Merkel ölənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib və hadisə ilə bağlı istintaqı yaxından izlədiyini deyib.