ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur

ÜST maska taxma qaydalarını sərtləşdirdi

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Margaret Harris insanları yalnız qapalı yerlərdə deyil, açıq havada da maska taxmağa çağırıb.

AzNews.az-ın məlumatına görə, Harris bildirib ki, təhlükəsiz məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq, kifayət qədər havalandırma olmayan yerlərdə maskalardan istifadə edilməlidir. Eyni zamanda, otaqlar yaxşı havalandırılsa belə, bir-birindən bir metr məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur: əgər küçədə digər insanlarla məsafə saxlamaq mümkün deyilsə, maskadan istifadə edilməlidir.

Harris qaydaların bu dərəcədə sərtləşdirilməsini pandemiya dövründə ən ciddi qaydalardan biri olduğunu vurğulayıb.